Hyuston azərbaycanlıları müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə tədbir keçirib
Diaspor
- 16 noyabr, 2020
- 08:25
Azərbaycan Amerika Mədəniyyət Alyansı və Hyuston Azərbaycan məktəbinin təşkilatçılığı ilə müharibədən zərər çəkmiş mülki insanlara dəstək üçün xeyriyyə tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Hyuston azərbaycanlıları ilə yanaşı, türklər, amerikalılar, türkmənlər, yəhudilər və bosniyalılar da iştirak ediblər.
Tədbirdə məktəblilərin 17 noyabr Milli Dirçəliş gününü, əsgərlərimizin şücaətini əks etdirən rəsm əsərləri nümayiş olunub və milli təamlarımız təqdim edilib.
Xeyriyyə tədbirindən əldə edilmiş 10 197 ABŞ dollarının Azərbaycanda müharibədən zərər çəkmiş mülki şəxslərin ehtiyaclarına sərf olunacağı bildirilib.
Son xəbərlər
03:39
ABŞ-də şatdaun səbəbindən noyabrın 1-dən ərzaq talonları verilməyəcək
Digər ölkələr03:12
"Formula 1" üzrə Meksika Qran-prisinin qalibi bəlli olub
Formula 102:42
Litva Belarusla bütün keçid məntəqələrini bağlayıb
Digər ölkələr02:18
Vilnüs hava limanı yenidən uçuşlara bağlanıb
Digər ölkələr01:38
Kamerunda müxalifətin etiraz aksiyasında 4 nəfər öldürülüb
Digər ölkələr01:11
"Arsenal" bu mövsüm ardıcıl 5-ci qələbəsini qazanıb
Futbol00:34
Senator: Tramp Venesuelada quru əməliyyatla bağlı dinləmələr keçirəcək
Digər ölkələr00:00
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Daxili siyasət23:47