Gürcüstanın baş kitabxanaçısı azərbaycanlı gənclərə dəstək olub
Diaspor
- 12 fevral, 2021
- 13:47
Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktoru Giorgi Kekelidze Qardabani rayonunun Vaxtangisi kəndinə səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, kənd sakini olan iki azərbaycanlı gəncin yaratdığı icma mərkəzinə gürcü dilində kitablar hədiyyə edib.
“Bu yaxınlarda iki çox yaxşı qız – Aytac Xəlil və Nuranə Musayeva Vaxtangisidə icma mərkəzi təsis ediblər. Bu kənddə bizim azərbaycanlı vətəndaşlarımız yaşayır. Bu gün biz kəndin gəncləri üçün gürcüdilli kitabxana yaratdıq”, - G.Kekelidze feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, bir il bundan öncə G.Kekelidze Qardabaninin Qaracalar kəndinin azərbaycandilli məktəbində gürcü dilində kitablardan ibarət kitabxananın yaradılmasına dəstək olub.
Son xəbərlər
18:29
Türkiyə Ermənistandakı seçkilərdən sonra Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir
Xarici siyasət18:27
Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini qabardıblar
Xarici siyasət18:20
Panama Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək istəyir
Xarici siyasət18:14
Foto
Video
Hacıqabuldakı yanğın söndürülüb
Hadisə18:10
İran hökuməti hava məkanının bağlandığını elan edib
Region17:58
Netanyahu bu gün axşam Nazirlər Kabinetinin iclasını keçirəcək
Digər ölkələr17:57
"Şəfa" yeni mövsümə hazırlıq planını açıqlayıb
Futbol17:55
Ermənistandakı seçki pozuntuları Avropa institutlarının ikili standartlarını göstərdi - RƏY
Region17:48