Prezident Zərdabda yol tikintisinə 6,4 milyon manat ayırıb
Daxili siyasət
- 04 iyul, 2023
- 09:43
Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Son xəbərlər
15:16
"Barselona" "Valensiya"nın yarımmüdafiəçisi Xavi Qerranı transfer etmək istəyir
Futbol15:16
Auditorlar Palatasının sabiq vəzifəlisi məhkəmə zalından həbs olunub
Hadisə15:15
Foto
Beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər edib
Daxili siyasət15:12
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub
Elm və təhsil15:09
Denis Ştilerman: Ukrayna bir gün ərzində Rusiyanın Baltik, Qara dənizdə neft ixracını bağlaya bilər
Digər ölkələr15:09
"Torpedo" "Zirə" ilə oyundan əvvəl Mateo Stamatovu transfer edib
Futbol15:07
Ermənistan Pakistanda ilk səfirini təyin edib
Region15:05
Video
Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının beynəlxalq taktiki-uçuş təlimi başa çatıb
Hərbi15:05