Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub
Daxili siyasət
- 08 noyabr, 2024
- 17:44
Noyabrın 8-də Xankəndi şəhər stadionunda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar konserti böyük maraqla izləyiblər.
Mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəngarəng musiqi nömrələri, o cümlədən vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq coşqu ilə qarşılanıb.
Son xəbərlər
17:06
Foto
V "Cyber Summer School 2026" kiber düşərgəsi başa çatıb
Elm və təhsil16:50
Rusiya Sumıya zərbə endirib, dörd nəfər ölüb
Digər ölkələr16:49
Əvəzedicilər Liqasının 2026/2027 mövsümünə avqustun 21-də start veriləcək
Futbol16:42
Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalı xərcini 3 %-dən çox artırıb
Biznes16:41
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya16:40
Türkiyədə ailə münaqişəsini yatırmağa çalışan polis güllələnib
Region16:34
Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü oktyabrın 3-də başlayacaq
Komanda16:25
Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
Hadisə16:22