Köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

Daxili siyasət
  • 11 mart, 2026
  • 12:43
Köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

Növbəti köç karvanları Xocavəndin Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə çatıb, açarlar təqdim olunub.

"Report" xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə 21 (103 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (81 nəfər) qayıdışı təmin olunub.

Növbəti köç karvanları Xocavəndin Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xanabad kəndinə isə 21 ailə (103 nəfər) köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç karvanları yola salınıb.

"Report" xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalının Xanabad kəndinə isə 21 ailə (103 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.