Xocalıya yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb - YENİLƏNİB

Daxili siyasət
  • 13 sentyabr, 2025
  • 13:00
Xocalıya yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb - YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

"Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət  30 nəfər köçürülür. 

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Son xəbərlər

Bütün Xəbər Lenti