Xankəndi Şəhər Məhkəməsinə sədr və hakim təyin olunub
Daxili siyasət
- 08 aprel, 2024
- 10:11
İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncamında qeyd olunub.
Xatırladaq ki, İ.Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
İ.Abdullayev bu təyinatadək Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb.
Son xəbərlər
14:44
Şuşadan verilən mesajlar Bakı-Bratislava əməkdaşlığını yeni mərhələyə yüksəltdi - RƏY
Xarici siyasət14:44
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib
Digər ölkələr14:43
Azərbaycanda 1 vəkil kollegiyadan xaric olunub, 4-ü cərimələnib
Daxili siyasət14:40
Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə14:35
"Azər-Türk Bank"ın xalis mənfəəti 50 %, kapitalı isə 12,8 % artdı
Maliyyə14:30
Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək
Digər ölkələr14:25
Azərbaycanda 6 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 277 minə yaxın şəxs qəbul edilib
Biznes14:24
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
Elm və təhsil14:19