"Vəkil Günü" peşə bayramı münasibətilə mərasim keçirilib - YENİLƏNİB

Daxili siyasət
  • 27 dekabr, 2025
  • 13:23
Vəkil Günü peşə bayramı münasibətilə mərasim keçirilib - YENİLƏNİB

Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə fərqlənənlərin təltifolunma mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdən əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Tədbirdə VK-nın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Rəsmi çıxışlarından sonra VK üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə mərasimi baş tutub. Daha sonra həmin vəkillərin çıxışları dinlənilib.

Kollegiyanın beş üzvü isə "İlin vəkili" seçilib.

Sonda yeni vəkillərə vəsiqələri təqdim edilib və təltifolunma mərasimi baş tutub.

Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə fərqlənənlərin təltifolunma mərasimi keçirilir.

"Report" xəbər verir ki, tədbir hər il dekabrın 28-də Azərbaycanda "Vəkil Günü" kimi qeyd edilən peşə bayramına həsr olunub.

Mərasimdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti