Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilov dəfn edilib – YENİLƏNİB

Daxili siyasət
  • 19 fevral, 2026
  • 14:24
Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilov dəfn edilib – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Cəlilov dəfn edilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ucar rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Sabir oğlu Cəlilovla vida mərasimi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Ucar rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi (Murovdağ silsiləsi) istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

A.Cəlilov doğulduğu kənddə dəfn ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti