Təzəbinə sakini: 13 yaşında tərk etdiyim kəndimizə indi qazi anası kimi qayıdıram

Daxili siyasət
  • 23 oktyabr, 2025
  • 12:02
Təzəbinə sakini: 13 yaşında tərk etdiyim kəndimizə indi qazi anası kimi qayıdıram

Xocalının Təzəbinə kəndini 13 yaşında tərk edən sakin indi oraya qazi anası kimi qayıdır.

"Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlama verən Təzəbinə kəndinə köçürülən sakin Nuriyyə Quliyeva uzun illərdən sonra doğma yurda qayıdışın həm sevindirici, həm də həyəcanlı olduğunu deyib.

O, məcburi köçkünlük dövründə də doğulduğu kəndə yenidən qayıdacaqlarına inamı bir an da itirmədiklərini vurğulayıb:

"Bax, bu gün bizi heç vaxt tərk etməyən o inamın bəhrəsini görürük. Kəndi 13 yaşım olanda tərk etmişdik, artıq 43 yaşım var. Təzəbinəyə ailəmlə birlikdə qayıdıram. Çox sevincli, qürurlu və həyəcanlıyıq. Həm də ona görə sevinirəm ki, kəndimizə bu torpaqların azad olunmasında iştirak etmiş qazinin anası olaraq qayıdıram".

Son xəbərlər

Bütün Xəbər Lenti