"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub
Daxili siyasət
- 24 dekabr, 2025
- 23:05
Dekabrın 24-də "Təmiz Dünya" sığınacağında yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olunub.
"Report" xəbər verir ki, şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Şaxta baba və Qar qız nağıl qəhrəmanları ilə birlikdə şənlikdə iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar.
Uşaqların məktəbə rahat və təhlükəsiz şəkildə gedib-gəlmələrini təmin etmək məqsədilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən mərkəzə yeni avtobus hədiyyə olunub.
Sonra Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, balacaların sevincinə şərik olublar.
Son xəbərlər
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.05.2026)
Maliyyə08:46
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət08:43
Edqar Mkrtçyan: Azərbaycanla sülh Cənubi Qafqazı infrastruktur habına çevirəcək
İnfrastruktur08:36
ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir
Region08:21
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
İnfrastruktur07:59
ÇXR-də fişəng zavodunda baş verən partlayışda ölənlərin sayı 20-ni ötüb
Digər ölkələr07:41
Yanğınla mübarizəyə 10 avtonəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub
Hadisə07:35
"Fox News": Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır
Digər ölkələr07:13