TDT rəsmisi: Qəbələdəki zirvə görüşündə önəmli proqram nəzərdə tutulub

Daxili siyasət
  • 29 sentyabr, 2025
  • 11:05
TDT rəsmisi: Qəbələdəki zirvə görüşündə önəmli proqram nəzərdə tutulub
Ömər Kocaman

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdəki zirvə görüşündə olduqca önəmli proqram nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu TDT Baş katibinin müavini Ömər Kocaman jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəyişən dünyaya adaptasiya üçün bu kimi toplantılar çox ciddi əhəmiyyətə malikdir. Bugünkü toplantıda TDT-nin dünəni, bu günü və sabahı üçün lazımi nüzakirələr aparılmaqdadır: "Biz təşkilat olaraq üzv dövlətlərin əlaqələrinin inkişafı üçün çalışırıq. TDT-nin yol xəritəsində olduqca vacib proqramlar nəzərdə tutulub".

Ömər Kocaman Azərbaycanın türk dünyası üçün körpü rolunu oynadığını deyib.

"Prezident İlham Əliyevin "Bizim ailəmiz türk dövlətləri təşkilatıdır" fikri bizim təşkilat olaraq devizimizə çevrilib. Dolayısı ilə biz digər təşkilatlara bənzəmirik".

Son xəbərlər

Bütün Xəbər Lenti