Şuşa məktəbində Novruz bayramı qeyd olunub

Daxili siyasət
  • 19 mart, 2026
  • 14:05
Şuşa məktəbində Novruz bayramı qeyd olunub

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, mərasimdə Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim və şagirdləri, şəhər sakinləri, valideynlər iştirak ediblər.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Bayram tədbiri şagirdlərin ifasında davam edib.

Novruzun əsas personajları olan Kosa və Keçəl toplaşanları şənləndirib, sakinlərlə birgə rəqs ediblər, eyni zamanda müxtəlif səhnəciklər təqdim olunub.

Xatırladaq ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq.