Sumqayıtda 83 küçəyə şəhidlərin adı verilib
Daxili siyasət
- 27 sentyabr, 2023
- 12:58
Sumqayıt şəhərində 83 küçəyə şəhidlərin adı verilib.
"Report"un yerli bürosunun xəbərinə görə, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.
Onlardan 6 nəfər Birinci Qarabağ müharibəsinin şəhidləridir və "Azərbaycan bayrağı" ordeni ilə təltif olunublar.
Adı əbədiləşdirilən 76 nəfər isə İkinci Qarabağ müharibəsi zamanı Vətənin azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlardır.
Bundan başqa, Sumqayıtdakı küçələrdən biri Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adını daşıyır.
Son xəbərlər
09:57
Xames Rodriges Kolumbiya millisində ən çox oyun keçirən iki futbolçudan biri olub
Futbol09:57
Çinin cənub-qərbində 5 maqnitudalı zəlzələ olub
Digər ölkələr09:56
"Azercell" AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib
İKT09:56
İlin ilk yarısında apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı alınıb
Sağlamlıq09:41
ADY yarımildə sərnişin daşınmasını 18 % artırıb
İnfrastruktur09:34
Foto
Anar Bağırov vətəndaş qəbulu keçirib
Hadisə09:33
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
Energetika09:22
UEFA reytinqi: "Sabah"ın qələbəsi Azərbaycanın əmsalına töhfə verib
Futbol09:17