Seyidbəyli kəndinə qayıdan sakin: Sevincimi sözlə ifadə edə bilmirəm

Daxili siyasət
  • 13 sentyabr, 2025
  • 11:54
Seyidbəyli kəndinə qayıdan sakin: Sevincimi sözlə ifadə edə bilmirəm

Xocalının Seyidbəyli kəndinə bu gün köçürülən sakin Soltan Əsədov belə bir həyəcanı yaşadığına görə şükürlər etdiyini bildirib.

"Report"un Xocalıya ezam olunan əməkdaşına müsahibəsi zamanı Soltan Əsədov bildirib ki, bundan əvvəl Qarabağa qayıdanları izlədikcə onlara yaxşı mənada həsəd aparıb:

"Çox şükürlər olsun ki, o köç həyəcanını məndə yaşadım".

O qeyd edib ki, müharibə bitdikdən sonra, Qarabağa, doğma evlərə dönməyin həsrətilə yaşayıb:

"O qədər səbirsizlənirdik ki, bu ötən 5 il ərzində 30 ildə darıxdığımız kimi darıxdıq. Allahıma şükürlər olsun ki, bu günü yaşamağı bizə nəsib elədi. O qədər sevincli bə həyəcanlıyam ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ölkə başçısına minnətdarlığımızı bildiririk. Allah Azərbaycanımızı və ordumuzu qorusun". 

Qeyd edək ki, "Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti