Ramin Məmmədov Qobustanda vətəndaşları qəbul edib
Daxili siyasət
- 26 yanvar, 2026
- 15:58
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qobustanda vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Komitədən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində ibadətgahın kitablarla təmin edilməsi, dini icmanın fəaliyyəti, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Son xəbərlər
00:26
Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub
Fərdi23:49
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2500-ü keçib
Digər ölkələr23:09
"Qalatasaray" "Fənərbağça"nı üç cavabsız qolla məğlub edib
Futbol22:55
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Region22:51
Şəkidə elektrik cərəyanı vuran 40 yaşlı kişi ölüb
Hadisə22:38
Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB
Hadisə22:19
Əraqçinin Omandan yenidən Pakistana qayıtmasının səbəbi açıqlanıb
Region21:59
Kolumbiyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb
Digər ölkələr21:32