Ramin Məmmədov İmişlidə dini icmaların fəaliyyətini müzakirə edib

Din
  • 02 dekabr, 2025
  • 15:47
Ramin Məmmədov İmişlidə dini icmaların fəaliyyətini müzakirə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İmişli şəhəri "Cümə" məscidini və Qaralar kənd məscidini ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Din xadimləri ilə görüşlərdə Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması və dini icmaların fəaliyyətinə dövlət tərəfindən davamlı dəstəyin göstərilməsi barədə fikir mübadiləsi aparılıb. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və sağlam dini maarifləndirmənin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

O vurğulayıb ki, İslamın sülh, həmrəylik və insanpərvərlik prinsiplərinin düzgün təbliği, gənclərin sağlam dini biliklərə yiyələnməsi din xadimlərinin əsas vəzifələrindəndir. R.Məmmədov ibadət yerlərinin gənclərin mənəvi inkişafında əhəmiyyəti haqqında fikirlərini bölüşüb, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı maarifləndirmə işinin səmərəliliyinin artırılması və dini icmalarla birgə əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb. Din xadimləri dövlətin dini sahəyə göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, dini maarifçilik və gənclərlə iş sahəsində təkliflərini səsləndiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti