Qubad İbadoğlu Müsavat Partiyasından xaric edilib
Daxili siyasət
- 06 fevral, 2015
- 16:51
Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib.
"Report"un məlumatına görə, iclasda partiyadaxili məsələlər, xüsusilə Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun partiyanın sıralarından xaric edilməsi məsələsi müzakirə edilib. Yığıncağa Q.İbadoğlu da dəvət olunmasına baxmayaraq, ancaq o, toplantıda iştirak etməyib.
Müzakirələrin yekununda Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi məsələsi səsə qoyulub və 12 nəfər lehinə, 1 nəfər bitərəf qalmaqla qərar qəbul olunub.
Xatırladaq ki, Divanın fevralın 2-də keçirilən toplantısında Q.İbadoğluna rəsmi xəbərdarlıq edilib.
Son xəbərlər
15:25
ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Digər ölkələr15:23
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
İnfrastruktur15:21
Türkiyə klubu "Boluspor" Elvin Yunuszadəni transfer edib
Futbol15:19
Azərbaycanda ixracatçılara yeni dəstək: daşıma xərclərinin 70 %-ə qədər hissəsi kompensasiya olunacaq
Biznes15:18
Foto
Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib
Biznes15:16
Foto
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə15:13
Husilər Səudiyyə Ərəbistanındakı aeroporta zərbə endiriblər
Digər ölkələr15:09
Bloqer Hüseyn Həsənov 4 il qiyabi həbs cəzasına məhkum edilib
Region15:06