Qərbi Azərbaycan Xronikası: XX əsrdə ləğv edilən Balta dərəsi yurdu

Daxili siyasət
  • 02 dekabr, 2025
  • 22:48
Qərbi Azərbaycan Xronikası: XX əsrdə ləğv edilən Balta dərəsi yurdu

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "XX əsrdə ləğv edilən Balta dərəsi yurdu" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası toponimi və hidronimi haqqında söz açılır.

Bildirilir ki, oğuz-qıpçaq və alban tayfalarına məxsus toponimlər, eləcə də Qərbi Azərbaycanın qədim yaşayış məskənləri ermənilər tərəfindən tarix boyu saxtalaşdırılmağa məruz qalıb.

Balta dərəsi - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun Ardanış kəndi ərazisində qışlaq olub. XX əsrin 30-cu illərində ləğv edilib.

Vurğulanır ki, orta əsrlərdən etibarən xristian missionerləri kimi Cənubi Qafqaza gələn ermənilər saxta tarix kitabları yazaraq özlərini bu regionun axtoxton sakinləri kimi qələmə verib, toponimləri öz adlarına çıxıblar: "Lakin adını çəkdiyimiz bütün yaşayış məskənləri erməni saxtakarlığını təsdiqləyən və üzə çıxaran tarixi gerçəkliklərdir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: XX əsrdə ləğv edilən Balta dərəsi yurdu

Son xəbərlər

Bütün Xəbər Lenti