Qərbi Azərbaycan Xronikası: Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?

Daxili siyasət
  • 27 noyabr, 2025
  • 03:10
Qərbi Azərbaycan Xronikası: Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında xüsusi veriliş efirə gedib.

"Report" xəbər verir ki, verilişdə Ermənistanda müharibə isterikası, hərbi çevriliş çağırışları, revanşistlərin planlarından bəhs olunur.

Bildirilir ki, İrəvanda Baş nazir Nikol Paşinyan azərbaycanlıları Ermənistana gətirir iddiası genişlənir: "İrəvanda hakimiyyət böhranı dini isterikaya çevrilib. Paşinyan azərbaycanlıların geri dönməsi iddiası ilə manipulyasiya edir. Bir sözlə, erməni cəmiyyəti reallığa dözə bilmir".

Süjetdə revanşistlərin planlarına ekspertlərin fikirlərinə yer verilir, zəhərli buğda mifinin arxasında kimlərin dayanması, Paşinyanı devirəcək yeni gücün kimliyinə, həmçinin erməni revanşizminin psixologiyası, Azərbaycanın sakit güc siyasətinin Ermənistanda kollektiv travma yaratması, qonşu ölkənin sülh qorxusunun səbəbləri, psixoloji müqavimətin kökləri, eləcə də Ermənistanın kimin təsiri altında olmasına aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?

Son xəbərlər

Bütün Xəbər Lenti