Qaraxanbəyli kəndinin layihələndirilən ərazisinin ümumi sahəsi 316 hektardır

Daxili siyasət
  • 15 sentyabr, 2025
  • 10:00
Qaraxanbəyli kəndinin layihələndirilən ərazisinin ümumi sahəsi 316 hektardır
Leyla Sərabi

Füzuli rayonunun Qaraxanbəyli kəndinin layihələndirilən ərazisinin ümumi sahəsi 316 hektadır.  

Bunu "Report"un Füzuliyə ezam olunan əməkdaşına açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

Onun sözlərinə görə, kənddə ilkin mərhələdə 1479 fərdi evin inşası planlaşdırılır:

"Tikintinin ilk mərhələsində 87 hektar ərazi layihələndiriləcək. Eləcə də 404 fərdi ev tikiləcək. Evlər 2-3-5 otaqlı olacaq. Həmçinin 528 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası və tibb məntəqəsinin inşası da planlaşdırılır".

Son xəbərlər

Bütün Xəbər Lenti