Qarabağ Universitetində "Mənəvi dəyərlər" gününün açılış mərasimi keçirilir

Daxili siyasət
  • 13 oktyabr, 2025
  • 10:14
Qarabağ Universitetində Mənəvi dəyərlər gününün açılış mərasimi keçirilir

"Mənəvi dəyərlər" həftəsi çərçivəsində Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində "Mənəvi dəyərlər" gününün açılış mərasimi başlayıb.

"Report"un Xankəndiyə ezam edilmiş əməkdaşı xəbər verir ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və digər rəsmi şəxslər iştirak edirlər.

Açılış mərasimindən sonra Qarabağ Universiteti və İlahiyyat İnstitutu müəllimlərinin milli-mənəvi dəyərlər mövzusunda mühazirələri dinləniləcək.

Yekunda Qarabağ Universiteti İncəsənət fakültəsi tələbələrinin iştirakı ilə ədəbi-bədii proqram təqdim olunacaq.

Qeyd edək ki, sözügedən layihənin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə, eləcə də milli irsə bağlılığın təşviqidir.

Son xəbərlər

Bütün Xəbər Lenti