Prezident İlham Əliyevin BMT-dəki çıxışı qlobal miqyasda bir neçə mühüm məqamı ön plana çıxardı - RƏY

Daxili siyasət
  • 27 sentyabr, 2025
  • 10:39
Prezident İlham Əliyevin BMT-dəki çıxışı qlobal miqyasda bir neçə mühüm məqamı ön plana çıxardı - RƏY

Prezident İlham Əliyevin BMT-dəki çıxışı qlobal miqyasda bir neçə mühüm məqamı ön plana çıxardı.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, yaşıl enerji və bərpaolunan mənbələr dünya gündəmində prioritet olsa da, yaxın perspektivdə tamamilə mədən yanacaqlarından imtina etmək mümkün deyil: "Bu, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin enerji balansı üçün obyektiv reallıqdır. Bu yanaşma qlobal miqyasda reallığa əsaslanan yanaşmadır və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın enerji siyasətində balansı daim qoruyur. Ölkə həm neft-qaz resurslarının şaxələndirilmiş ixracı ilə qlobal bazarlarda əhəmiyyətli rol oynayır, həm də paralel şəkildə yaşıl enerji layihələrini – xüsusilə külək, günəş və hidroelektrik potensialını inkişaf etdirir".

Tahir Mirkişili

Deputat vurğulayıb ki, Azərbaycan özünü yalnız karbohidrogen ixracatçısı kimi deyil, həm də gələcəkdə bərpaolunan enerji ixracatçısı kimi təqdim edir: "Bu da dünyanın gələcəyi üçün məsuliyyətli yanaşmadır. Azərbaycan uzun müddətdir ki, enerji təhlükəsizliyində etibarlı tərəfdaş imici qazanıb. Avropa enerji böhranı fonunda Azərbaycan qazının strateji əhəmiyyəti artıb. Prezidentin vurğusu bir daha göstərir ki, ölkə regionda sabit və proqnozlaşdırıla bilən tərəfdaş imicini qoruyur. Qlobal enerji keçidində Azərbaycan modeli dünyada getdikcə daha çox maraq cəlb edir və investorlarda maraq oyadır. Azərbaycanın mövqeyi reallığa əsaslanır: bir tərəfdən dünya ölkələrinin yaşıl enerji məqsədlərini dəstəkləyir, digər tərəfdən bu prosesdə qeyri-real, populist hədəflərin risklərinə diqqət çəkir. Bu, Azərbaycanın həm milli maraqlarına, həm də beynəlxalq əməkdaşlıq kursuna uyğun gəlir".

"Ümumilikdə, Prezidentin çıxışı Azərbaycanın rasional, məsuliyyətli və strateji enerji siyasətini bütün dünyaya bir daha nümayiş etdirdi. O, həm ölkənin beynəlxalq etibarını möhkəmləndirir, həm də yaşıl keçid dövründə reallığa uyğun balanslı mövqe sərgiləyir"- T.Mirkişili əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti