Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Daxili siyasət
- 20 yanvar, 2017
- 06:21
Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
“Report” xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirib.
Dövlət və hökumət rəsmiləri, ölkədəki dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edib.
Son xəbərlər
09:32
Lamin Yamal La Liqada yeni rekord müəyyənləşdirib
Futbol09:28
Dağıstanda güclü yağışlardan sonra 500-dən çox ev su altında qalıb
Region09:00
Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir
Futbol09:00
Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür
Daxili siyasət08:45
Pakistan XİN: ABŞ-İran danışıqlarında vasitəçiliyə davam edəcəyik
Digər ölkələr08:28
Macarıstanda parlament seçkilərində səsvermə başlayıb
Digər ölkələr08:01
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Daxili siyasət07:49
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib
Digər ölkələr07:16