Nazir müavini: Rəqəmsallaşmada ayrıca hüquqi mexanizm və metodlar olmalıdır

Daxili siyasət
  • 10 dekabr, 2025
  • 15:43
Nazir müavini: Rəqəmsallaşmada ayrıca hüquqi mexanizm və metodlar olmalıdır

Dünyada rəqəmsallaşma o qədər sürətli inkişaf edir ki, bu yöndə ayrıca hüquqi mexanizm və metodlar formalaşdırılmalı və tətbiq edilməlidir.

"Report"un məlumatına görə, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu"nda "Azərbaycan Respublikası Konstitusiyası və Mədəniyyət Dəyərlərimiz" adlı panel müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmsallaşmanın sərhədi yoxdur, bu sürətli prosesdir və ehtiyat tələb edir:

"Əlbəttə, mənəvi dəyərlərin qorunması istiqamətində qanunvericilik aktları mövcuddur. Amma rəqəmsallaşma o qədər sürətli inkişaf edir ki, bu yöndə ayrıca hüquqi mexanizm və metodlar formalaşdırılmalı və tətbiq edilməlidir. Bu proses ani veriləcək qərara əsaslanmamalıdır. Aidiyyəti sahə üzrə mütəxəssislərin iştirakı ilə müzakirə və təhlillər aparılmalıdır".

Toğrul Hüseynov eyni zamanda əlavə edib ki, rəqəmsallaşma fonunda bir sıra dünya ölkəsində sosial şəbəkəyə girişlə bağlı ciddi məhdudiyyətlər tətbiq olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti