Naxçıvan Muxtar Respublikasının Baş naziri kollektivə təqdim edilib

Daxili siyasət
  • 09 fevral, 2026
  • 15:47
Naxçıvan Muxtar Respublikasının Baş naziri kollektivə təqdim edilib

Prezident İlham Əliyevin təqdimatı əsasında fevralın 9-da Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin qərarı ilə muxtar respublikanın Baş naziri təyin olunan Cabbar Musayev kollektivə təqdim edilib.

"Report"un yerli bürosu xəbər verir ki, mərasimdə çıxış edən C.Musayev ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icra edilməsini, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.

Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxışında Nazirlər Kabinetinin əsas vəzifəsinin sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsi olduğunu vurğulayıb.

O, məşğulluğun artırılması, sahibkarlığın inkişafı, aqrar sahənin gücləndirilməsi, turizm potensialının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və yol infrastrukturunun möhkəmləndirilməsi və s. sahələrin inkişafının yüksələn xəttlə davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Səlahiyyətli nümayəndə muxtar respublikanın müasir inkişaf yol xəritəsi sayılan Dövlət Proqramının 2026–2027-ci illər üzrə icrasının intensiv şəkildə davam etdirilməsinin vacibliyini söyləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti