MSK yenidən formalaşdırılır, namizədlərdən birinin adı məlumdur
Daxili siyasət
- 21 aprel, 2021
- 14:47
Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən MSK yenidən formalaşdırılacaq.
“Report”un əldə etdiyi məlumata görə, sabah parlamentdə təmsil olunan partiyalardan biri - Ana Vətən Partiyası MSK-da təmsil olunacaq namizədinin adını açıqlayacaq.
Belə ki, partiyanın iclasında Etibar Quliyevin MSK üzvlüyünə namizədliyi irəli sürüləcək. Daha sonra Ana Vətən Partiyası namizədinin adını rəsmi şəkildə Milli Məclisə təqdim edəcək.
Qeyd edək ki, E.Quliyev bu aya qədər MSK üzvü olub.
Xatırladaq ki, MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Son xəbərlər
07:50
Bakının dörd rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika07:49
Foto
DÇ-2026: İsveçrə - Əlcəzair oyununda ilk hissə başa çatıb - YENİLƏNİR-2
Futbol07:46
"CNBC": Tramp 2025-ci ildə böhran zamanı texnologiya nəhənglərinin səhmlərini kütləvi şəkildə alıb
Digər ölkələr07:18
Mərkəzi Afrikada yaraqlılar Sudanla sərhəddəki şəhəri ələ keçirib, onlarla insan həlak olub
Digər ölkələr06:39
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 27-yə çatıb
Digər ölkələr06:10
Zlatko Daliç: "Portuqaliya ilə görüşdə məğlubiyyətə layiq deyildik"
Futbol06:00
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines: "Qələbəni Dioqu Jotaya həsr edirik"
Futbol05:35
Trampa sui-qəsd cəhdi zamanı Məxfi Xidmətin yol verdiyi səhvlər açıqlanıb
Digər ölkələr05:34