MSK sədri: “Azərbaycanda polis seçkilərə müdaxilə etmir”

Daxili siyasət
  • 06 fevral, 2018
  • 13:05
MSK sədri: “Azərbaycanda polis seçkilərə müdaxilə etmir”
Report

Bakı. 6 fevral. REPORT.AZ/ “Azərbaycanda polis seçkilərə müdaxilə etmir”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın növbədənkənar Prezident seçkiləri ilə bağlı keçirilən iclasında deyib.

O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası hüquq mühafizə orqanları ilə birgə maarifləndirmə işləri həyata keçirib, görülən işlər öz nəticəsini verib.

M.Pənahov bildirib ki, istənilən beynəlxalq təşkilatın nümayəndələri növbədənkənar prezident seçkilərində iştirak edə bilərlər.

MSK sədri qeyd edib ki, sosial şəbəkələr idarəolunmayan sistemə çevrilib: “Burada kimlərinsə vaxtından əvvəl təşviqat aparmaları istisna deyil. Bu da problem yaradır”.

Komissiya sədri qeyd edib ki, namizədlərin qeydə alınması prosesində heç bir problem ola bilməz: “Təqdim olunan sənədlər qaydasındadırsa, burada problemin olması mümkün deyil”.