Keçmiş məcburi köçkün: Torpaqlarımıza, öz vətənimizə qovuşuruq
Daxili siyasət
- 27 yanvar, 2026
- 06:23
"Bu gün sevincimizin həddi-hüdudu yoxdur, torpaqlarımıza, öz vətənimizə qovuşuruq".
"Report" xəbər verir ki, bu sözləri Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Həsənova Məhbubə söyləyib.
Dörd övladı ilə birgə məcburi köçkünlük həyatı yaşadığını bildirən Həsənova Məhbubə indi daha yaxşı günlərinin başlayacağına əmin olduğunu vurğulayıb.
Keçmiş məcburi köçkün, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb: "Allah Prezidentimizə cansağlığı versin. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün biz doğma yurdumuza qayıdırıq. Buna görə çox sevinirik".
Son xəbərlər
13:17
"Real" İspaniya klubunun müdafiəçisi ilə maraqlanır
Futbol13:16
Hİndistan Avropa İttifaqı ilə birgə müdafiə istehsalını genişləndirəcək
Digər ölkələr13:13
Foto
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2
Daxili siyasət13:05
Azərbaycan mehmanxanalarının gəlirləri 6 % artıb
Turizm13:05
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 7 %-ə yaxın artıb
Turizm13:02
Rəhman Hacıyev: "Neftçi"dən ayrılanda futboldan küsmüşdüm, karyeramı bitirmək istəyirdim" - MÜSAHİBƏ
Futbol12:56
İtaliya İrandakı diplomatik heyətinin bir hissəsini geri çağıracaq
Digər ölkələr12:51
Foto
Özbəkistandan Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
Sağlamlıq12:49