İtkin düşmüş şəxsin qızı: Atamın taleyinə aydınlıq gətiriləcəyinə ümidimiz artıb

Daxili siyasət
  • 09 oktyabr, 2025
  • 10:46
İtkin düşmüş şəxsin qızı: Atamın taleyinə aydınlıq gətiriləcəyinə ümidimiz artıb

Torpaqlar işğaldan azad olunandan sonra itkin düşmüş şəxslərin talelərinə daha tez aydınlıq gətiriləcəyinə ümid artıb.

"Report" xəbər verir ki, bunu Şuşanın işğalı zamanı itkin düşmüş şəxsin ailə üzvü Sevinc Hacıyeva Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, atası Əhməd Mustafa oğlu Məmmədov 1992-ci il mayın 8-də Şuşa şəhərinin işğalı zamanı itkin düşüb:

"Bu günədək atamın yolunu gözləmişik. Çox böyük əziyyət çəkmişik. Düzdür, torpaqlarımız azad olunandan sonra ümidliyik ki, onların talelərinə aydınlıq gətiriləcək. Bizdən DNT analizləri götürülüb. Müraciətlər çoxdur deyə hər birimiz analizlərin cavabını gözləyirik".

Son xəbərlər

Bütün Xəbər Lenti