Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
Daxili siyasət
- 07 may, 2015
- 12:35
Bakı. 7 may. REPORT.AZ/ Milli Şura mitinqin keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, növbəti mitinqin mayın 17-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bundan əvvəl Milli Şura mayın 3-də mitinq keçirilməsinə razılıq verilməsi üçün BŞİH-ə müraciət etmişdi. İcra Hakimiyyəti mitinqin mayın 3-də keçirilməsini məqsədəuyğun hesab etməyib, aksiyanın mayın 2-də keçirilməsini təklif edib. Milli Şura rəhbərliyi isə bu təkliflə razılaşmayıb.
Son xəbərlər
12:58
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya12:58
Nəzrin Əhmədli Bakıda təşkil olunan dünya çempionatında Almaniya güləşçisinə uduzub
Fərdi12:56
Azərbaycan qızıl ixracından gəlirini 40 %-dən çox artırıb
Sənaye12:55
"Azərkosmos"un ixrac gəlirləri 54 % artıb
İKT12:42
Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Xarici siyasət12:37
Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub
Digər ölkələr12:37
Sərdar Hacıyev: 2026-cı ilin birinci yarımilində 16 mindən çox fermerə təlim keçirilib
ASK12:34
Vüsal Hüseynov: Azərbaycanda qanunsuz miqrasiya idarəolunan həddədir
Daxili siyasət12:32