Hafiz Nəsibov: Kassasiya icraatında baxılmış işlərdə əvvəlki mərhələlərdə pozuntulara yol verildiyi müəyyən edilir

Daxili siyasət
  • 20 fevral, 2026
  • 17:17
Hafiz Nəsibov: Kassasiya icraatında baxılmış işlərdə əvvəlki mərhələlərdə pozuntulara yol verildiyi müəyyən edilir

Kassasiya icraatında baxılmış işlərdə ibtidai istintaq zamanı pozuntulara yol verildiyi və hələ də aradan qaldırılmadığı müəyyən edilir.

"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov Hakimlərinin II Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, cinayət mühakimə icraatı müəyyən olunmuş prosedurlar çərçivəsində aparılmalıdır:

"Cinayət prosesinin hər mərhələsi növbəti mərhələ üçün filtrdir. Pozuntularla aparılmış icraat materialları növbəti mərhələyə keçə bilməz. Kassasiya icraatında baxılmış işlərdə ibtidai istintaq zamanı pozuntulara yol verildiyi və hələ də aradan qaldırılmadığı müəyyən edilir. Həmin pozuntular bəzi qərarların kassasiya qaydasında ləğv olunmasına və işlərin apellyasiya instansiya məhkəməsinə qaytarılmasına səbəb olur. Statsistik məlumatlar onu göstərir ki, təqdimatlarda həbs qətimkan tədbirinin seçilməsinin 80 faizi, həbs qətimkan tədbirinin uzadılmasının isə 90 faizi təmin edilir".