Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib
- 10 dekabr, 2025
- 17:11
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla həmin siyahıda aşağıdakı əlavələr edilib:
- "Astara Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Füzuli Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Goranboy Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Kürdəmir Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Lənkəran Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Sabirabad Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Siyəzən Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Zərdab Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Pirallahı Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Quba Gənclər evi" sosial xidmət müəssisəsi;
- "Tərtər Gənclər evi" sosial xidmət müəssisəsi"