Gəncədə I Qarabağ müharibəsinin itkin-şəhidi Nofəl Əsgərov dəfn edilib - YENİLƏNİB
- 20 fevral, 2026
- 16:47
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Nofəl Əsgərov dəfn olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Gəncənin Səvizkar qəbiristanlığının Şəhidlər cərgəsində torpağa tapşırılıb.
Gəncə şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nofəl Cahangir oğlu Əsgərovla vida mərasimi keçirilib.
"Report"un Qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, N.Əsgərov 1965-ci il sentyabrın 10-da Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 1992-ci il iyunun 16-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
N.Əsgərov Gəncənin Səvizkar qəbiristanlığında dəfn olunacaq.