Füzuli Şəhəri Günü münasibətilə bölgədə silsilə tədbirlər keçirilir

Daxili siyasət
  • 17 oktyabr, 2025
  • 12:59
Füzuli Şəhəri Günü münasibətilə bölgədə silsilə tədbirlər keçirilir

Füzuli şəhəri günü münasibətilə yenidən qurulan Füzuli şəhərində silsilə tədbirlərə start verilib.

"Report"un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirlər Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilir.

Silsilə tədbirlər çərçivəsində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Füzuli Dövlət Dram Teatrı tərəfindən uşaqlar üçün "Çəkməli pişik" tamaşasının nümayişi olub. Tamaşa azyaşlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Füzulinin işğaldan azad olunması günü münasibətilə rayonda keçirilən tədbirlər gün ərzində davam edəcək. Tədbirin davamı olaraq, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində "Zəfərin ruhu" adlı fotosərgi, təsviri sənət üzrə ustad dərsləri, Füzuli şəhəri 1-ci yaşayış məhəlləsində yerləşən parkda isə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı nəzərdə tutulub.

Günün sonunda Füzuli Şəhəri Günü münasibəti ilə atəşfəşanlıq olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti