Fazil Mustafa: Şuşada diplomatik protokol məkanının yaradılması vacibdir

Daxili siyasət
  • 18 sentyabr, 2025
  • 12:23
Fazil Mustafa: Şuşada diplomatik protokol məkanının yaradılması vacibdir

Şuşanın Azərbaycan dövlətinin diplomatik protokolunun alternativ məkanı seçilməsi çox önəmlidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Onun fikrincə, turizm zonası olan Şuşaya yaxın ərazilərdə paytaxt infrastrukturuna uyğun şəraitin yaradılması mümkündür:

"Ölkəyə gələn rəsmi qonaqların hamısının Şuşaya səfər etməsi, orada hər hansı tədbirdə iştirakı müxtəlif səbəblərə görə mümkün olmaya bilər. Lakin imkan daxilində Şuşanın bu məqsəd üçün dizayn edilməsi vacibdir və deyilən istiqamətdə xeyli iş görülüb. Əlbəttə, Şuşada müasir hotellərin və digər binaların inşa olunması, hərbi və mülki infrastrukturun davamlı şəkildə inkişaf etdirilməsi müsbət haldır. Həmçinin turizm zonası olduğu üçün Şuşaya yaxın ərazilərdə paytaxt infrastrukturuna uyğun şəraitin yaradılması zəruri və mümkündür".

F.Mustafa qeyd edib ki, Şuşa və ona yaxın ərazilərdə diplomatik protokol məkanının formalaşdırılması vacibdir:

"Dövlət başçısı da bildirib ki, Xankəndi bir müddət sonra tələbə şəhəri olacaq. Bu da çox pozitiv bir tendensiyanın başlanğıcıdır. Ümumiyyətlə, o ərazilər sadəcə insanların məskunlaşma yeri yox, həm də mədəni-sosial infrastrukturun daim inkişaf etdiyi turizm bölgəsi olaraq diqqətdə saxlanılmalıdır. Şəhər azad edildikdən sonra Şuşada çox sayda mühüm beynəlxalq tədbirlər uğurla keçirilib. Eyni zamanda, Laçın və Füzuli hava limanlarının istifadəyə verilməsi azad olunan ərazilərdə xarici nümayəndə heyətlərinin qarşılanmasına və orada yüksək səviyyəli tədbirlərin təşkilinə imkan verir. Ümid edirəm ki, bu özəlliklər Şuşanın təbliğinə təkan verəcək və şəhərə daha çox qonağın gəlişinə şərait yaradacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti