Əziz Ələkbərli: Qərbi azərbaycanlıların tarixi torpaqlara qayıdış məsələsində əsas istinadgahları beynəlxalq hüquqdur

Daxili siyasət
  • 15 noyabr, 2025
  • 11:46
Əziz Ələkbərli: Qərbi azərbaycanlıların tarixi torpaqlara qayıdış məsələsində əsas istinadgahları beynəlxalq hüquqdur

Qərbi azərbaycanlıların tarixi torpaqlara qayıdış məsələsində əsas istinadgahları beynəlxalq hüquqdur.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, əsas hədəf insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışıdır:

"Qərbi Azərbaycan İcması beynəlxalq hüququn bütün norma və prinsiplərinə hörmət edir. Təəssüf ki, Ermənistan bütün cinayətlərinə görə nəinki məsuliyyət daşımaq istəmir, hətta ata-baba yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnu inkar edir. Ermənistan ərazisində Azərbaycanın həm də maddi və mədəni irsi darmadağın edilib. Bununla bağlı bütün aidiyyəti strukturlara, UNESCO-ya müraciət etmişik. Lakin davamlı çağırışlarımıza baxmayaraq, Ermənistan bu istiqamətdə müsbət cavab vermir".

Ə.Ələkbərli bildirib ki, erməni mediası bu il avqustun 8-də keçirilən Vaşinqton görüşündən sonra guya Azərbaycanda Qərbi Azərbaycana qayıdış ideyasından əl çəkildiyini yaymağa çalışdı:

"Bilirsiniz ki, Vaşinqton görüşündən sonra erməni mediası belə bir fikir yaymağa çalışdı ki, guya Qərbi Azərbaycan İcması fəaliyyətini dayandırır, Azərbaycan Qərbi Azərbaycana qayıdış iddiasından imtina edir. Onlar bu yalan və özlərinə sərf edən fikri ictimai rəyə sırımağa cəhd göstərirdilər. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında etdiyi tarixi çıxış isə erməni mediasının və siyasətçilərinin yaydığı bu ziyanlı, yanlış, qərəzli iddiaları tamamilə darmadağın etdi. Prezident İlham Əliyev bir daha qətiyyətlə bəyan etdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi davam edəcək, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar, çünki bu onların tarixi, mənəvi və hüquqi haqqıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti