Elnur Məmmədov: Xocalıya qayıdan hər bir ailə dözümlülük və yenilənmə hekayəsi daşıyır

Daxili siyasət
  • 22 oktyabr, 2025
  • 11:06
Elnur Məmmədov: Xocalıya qayıdan hər bir ailə dözümlülük və yenilənmə hekayəsi daşıyır
Elnur Məmmədov

Xocalıya qayıdan hər bir ailə dözümlülük və yenilənmə hekayəsi daşıyır.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" hesabında yazıb.

O qeyd edib ki, Böyük Qayıdış Proqramı çərçivəsində daha 54 ailə doğma torpaqlarına köçüb - azadlığı davamlı bərpaya çevirərək:

"Bu gün 50 mindən çox insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır və işləyir, onlar evlərini, məktəblərini yenidən tikir və dinc gələcəyə ümid bəsləyirlər".

Son xəbərlər

Bütün Xəbər Lenti