Elmar Məmmədyarov BƏƏ-nin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Daxili siyasət
- 10 aprel, 2015
- 14:13
Bakı. 10 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Səlim Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və BƏƏ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana son səfərlərinin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.
Səfir Səlim Əl-Ğafli diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkür edib.
Xarici işlər naziri Elmar Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Son xəbərlər
15:25
ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Digər ölkələr15:23
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
İnfrastruktur15:21
Türkiyə klubu "Boluspor" Elvin Yunuszadəni transfer edib
Futbol15:19
Azərbaycanda ixracatçılara yeni dəstək: daşıma xərclərinin 70 %-ə qədər hissəsi kompensasiya olunacaq
Biznes15:18
Foto
Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib
Biznes15:16
Foto
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə15:13
Husilər Səudiyyə Ərəbistanındakı aeroporta zərbə endiriblər
Digər ölkələr15:09
Bloqer Hüseyn Həsənov 4 il qiyabi həbs cəzasına məhkum edilib
Region15:06