Ədliyyə naziri və Baş prokuror Naxçıvana səfərə gəliblər - YENİLƏNİB
- 18 sentyabr, 2025
- 16:00

Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qəbulda iştirak edən 46 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 18-də Naxçıvana səfərə gəlib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və ədliyyə naziri Fərid Əhmədov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib.
Abidənin önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.