Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək

Daxili siyasət
  • 02 oktyabr, 2025
  • 10:45
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
Fərid Əhmədov

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 24-də Gəncə şəhərində Gəncə şəhər və Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər rayon sakinlərini qəbul edəcək.

"Report" xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 23 oktyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri, 28 May küçəsi 52, əlaqə telefonu: (022) 254 45 15) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti