DİN "9990" və "7770" nömrələrindən edilən zənglərlə şəxsi məlumatların oğurlanması iddialarını araşdırır
Daxili siyasət
- 14 noyabr, 2025
- 18:21
Sosial şəbəkələrdə "9990" və "7770" nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.
"Report"un məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.
Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.
Son xəbərlər
20:29
İsveçdə avtobus dayanacağa çırpılıb, ölən və xəsarət alanlar var
Digər ölkələr20:28
Slovakiyalı gimnast: "Gəncədəki Avropa çempionatı yüksək səviyyədə təşkil olunub"
Fərdi20:19
Tramp azad edilmiş israilli girovlarla Ağ Evdə görüşəcək
Digər ölkələr20:08
Merts: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq
Digər ölkələr19:58
Foto
Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkilib
Ekologiya19:41
Gürcüstan və Ermənistanın tranzit potensialından istifadə imkanları müzakirə edilib
Digər ölkələr19:21
Polis Paris dəmiryol vağzalındakı silahlı şəxsi yaralayıb - YENİLƏNİB
Digər ölkələr19:17
PFL "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişib
Futbol19:07
Foto