Daşbulaq kəndində bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq

Daxili siyasət
  • 17 sentyabr, 2025
  • 13:36
Daşbulaq kəndində bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq

Xocalı rayonunun Daşbulaq kəndində bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq.

"Report"un Xocalıya ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Prezidentin izi ilə bölgəyə təşkil olunan mediatur çərçivəsində deyib.

O bildirib ki, Daşbulaq kəndində infrastruktur layihələrin həyata keçirilməsi və sakinlərin qayıdışı istiqamətində işlər sürətlə davam etdirilir:

"Daşbulaq kəndindəki 195 evdən 15-i artıq ev bərpa edilib. Bu ilin sonunadək ümumilikdə 58, gələn il isə 83 ev istismara hazır olacaq. İndiyədək kəndə 72 nəfərdən ibarət 14 ailə köçüb.

Kəndin infrastrukturu yüksək və müasir tələblər səviyyəsində bərpa olunur. Qeyd edim ki, Daşbulaqda uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su anbarı və subartezian quyusu bərpa olunub. Transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb.

Eyni zamanda, 8 kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və artıq tikinti işlərinə hazırlıq gedir. Kənddə sosial və məişət obyektləri istifadəyə verilib, park, bayraq meydanı salınıb, daxili yollar asfaltlanıb".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olub.

Son xəbərlər

Bütün Xəbər Lenti