Bu gün MSK-nın iclası keçiriləcək, sədr məlum olacaq - EKSKLÜZİV
Daxili siyasət
- 27 aprel, 2021
- 06:40
Mərkəzi Seçki Komissiyası
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.
“Report”un əldə etdiyi məlumata görə, iclasda təşkilati məsələlərə baxılacaq.
Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.
Mənbənin “Report”a verdiyi məlumata görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Yeni tərkib Milli Məclisin bu keçirilən plenar iclasında təsdiqlənəcək.
Son xəbərlər
00:59
Foto
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı olub - YENİLƏNİB-5
Futbol00:51
ABŞ ordusu Bəndər Abbasa hücum edib
Region00:42
"Fənərbağça" ingiltərəli hücumçu Meyson Qrinvudu heyətinə qatıb
Futbol00:26
Valdas Dambrauskas: "TNS ilə keçirilən hər iki oyunun nəticəsindən razı qaldım"
Futbol00:20
CENTCOM: ABŞ İrana yeni zərbələr seriyasına başlayıb
Digər ölkələr00:11
Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət23:56
XİN: Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb
Xarici siyasət23:43
Didye Deşam dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçi olub
Futbol23:40