"Böyük Qayıdışa aparan yollar" adlı sərgi təşkil olunub

Daxili siyasət
  • 31 oktyabr, 2025
  • 13:08
Böyük Qayıdışa aparan yollar adlı sərgi təşkil olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxtdakı "Qalereya-1969" sərgi salonunda "Böyük Qayıdışa aparan yollar" adlı sərgi-təqdimat keçirib.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Belə ki, sərgidə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.

Sərgidə Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillər təqdim olunub. Həmçinin Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda çəkilmiş videoçarxlar nümayiş etdirilib.

Tədbirdə həmçinin Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, Şuşadan olan keçmiş məcburi köçkün Vüsalə Fətəliyeva, eləcə də Ağdam rayonundan olan keçmiş məcburi köçkün, yazıçı-publisist Təhmasib Novruzov da çıxış ediblər. Onlar Böyük Qayıdışın milli həmrəyliyin, vətən sevgisinin və dirçəliş ruhunun parlaq təzahürü olduğunu vurğulayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti