Birlik nümayəndəsi: Gənclər Qərbi Azərbaycana qayıdış prosesinə cəlb edilməlidir

Daxili siyasət
  • 22 oktyabr, 2025
  • 12:40
Birlik nümayəndəsi: Gənclər Qərbi Azərbaycana qayıdış prosesinə cəlb edilməlidir

Gənclərin Qərbi Azərbaycana qayıdış prosesinə cəlb edilməsi çox vacibdir.

"Report" xəbər verir ki, bunu "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi, layihə rəhbəri Orucəli Abbaszadə Qərbi Azərbaycan İcması (QAİ) və RİİB-in birgə təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycan: Tarixin izi ilə" layihəsinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda azərbaycanlıların indiki Ermənistan ərazisindən qovulması məsələsini ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək əsas prioritetlərdən biridir:

"Gənclərin bu mövzuda ətraflı məlumatlandırılması və Qərbi Azərbaycana qayıdış prosesinə öz töhfələrini vermək üçün aktiv işə cəlb edilməsi çox vacibdir. Qərbi Azərbaycan İcması ilə birgə həyata keçirdiyimiz "Qərbi Azərbaycan: Tarixin izi ilə" layihəsi də bu məqsədə xidmət edir. Məqsədimiz gənclərin bu sahədə məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəallığının təşviq olunmasıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti