Korrupsiya işləri üzrə 15 milyon manata yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub

Hadisə
  • 01 oktyabr, 2025
  • 09:02
Korrupsiya işləri üzrə 15 milyon manata yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub

"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən həyata keçirilən 16 əməliyyat tədbiri nəticəsində korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 86 cinayət işi başlanıb.

"Report" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd edilib.

Qeyd edilən dövrdə cinayət işləri üzrə vurulmuş maddi ziyandan 3 milyon 435 min manatın ödənilməsi, həmçinin 14 milyon 916 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 18 milyon 351 min manat məbləğində ziyanın bərpası təmin olunub.

Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 307 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 189 min manat məbləğində pul vəsaiti ödənilmişdir.

Son xəbərlər

Bütün Xəbər Lenti