Biləsuvarda uşaqlarla bağlı tədbir keçirilib
Daxili siyasət
- 01 iyun, 2021
- 14:37
Biləsuvar rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbiri keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbir Rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq havada baş tutub.
Keçirilən tədbirdə rayon Uşaq İncəsənət məktəblərinin şagirdlərinin ifasında 20-dən çox xalq mahnıları və rəqslər təqdim olunub.
Tədbirin bədii hissəsində rayonda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, rəqs kollektivləri, vakal qrupları, eləcə də uşaq bağçalarının fidanlarının çıxışları olub.
Sonra uşaq ədəbiyyatından ibarət kitab sərgisinə və istedadlı uşaqların hazırladıqları əl işlərinə - dekorativ, tikmə, toxuma, rəsm əsərlərinin sərgisinə baxış olub.
Son xəbərlər
08:11
Fransa Hörmüz boğazında hərbi mövcudluğunu saxlayıb
Digər ölkələr07:39
Kolumbiya - Qana matçının ən yaxşı futbolçusu Luis Dias olub
Futbol07:32
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol07:32
DÇ-2026: Qananı məğlub edən Kolumbiya 1/8 finala çıxan sonuncu komanda olub - YENİLƏNİB-4
Futbol07:32
İranda Əli Xamenei ilə vida mərasimi başlayıb
Region07:03
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Xarici siyasət06:33
Venesuelada "Sunami" ləqəbli axtarış iti zəlzələdən sonra 26 nəfəri xilas edib
Digər ölkələr06:01
ABŞ-də ticarət mərkəzində atışma olub, ölənlər var
Digər ölkələr05:58