Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Daxili siyasət
- 20 iyun, 2024
- 09:43
Azərbaycanın rayonlarında iyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, 21-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Son xəbərlər
09:54
Səhiyyə nazirinə yeni müavin təyin edilib
Sağlamlıq09:45
Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri qaytarılacaq
Elm və təhsil09:41
Çinin Hubey əyalətində tufan səbəbindən 11 nəfər ölüb
Digər ölkələr09:33
Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub
İnfrastruktur09:33
Lukaku dünya çempionatları tarixində unikal rekorda imza atıb
Futbol09:30
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Energetika09:23
Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
Ekologiya09:20
Jorji Jezuş Portuqaliya yığmasının baş məşqçisi olacaq
Futbol09:06