Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Qılman Hacıyev dəfn edilib - YENİLƏNİB

Daxili siyasət
  • 20 fevral, 2026
  • 14:53
Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Qılman Hacıyev dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qılman Hacıyev dəfn olunub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Kələntərli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bərdə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Qılman Surxay oğlu Hacıyevlə vida mərasimi keçirilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Q.Hacıyev 1972-ci il noyabrın 16-da Bərdənin Kələntərli kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonu, Yanşaq kəndi istiqamətində itkin düşüb.

Q.Hacıyev doğulduğu kənddə dəfn olunacaq.